Azərbaycan

Azerbaycan dili üzrə yazılı və şifahi tərcümə xidmətləri

Eurasian Linguistics Azərbaycan dili üzrə peşəkar yazılı tərcümə, lokallaşdırma və şifahi tərcümə xidmətlərinin “bir pəncərə”-sidir. 2000 ekspertdən ibarət dilçilər şəbəkəsi vasitəsilə biz Sizin son təhvil vermə tarixləriniz və büdcənizə uyğun Azərbaycan dili üzrə ən yüksək keyfiyyətli peşəkar yazılı və şifahi tərcümə ilə təmin edə bilərik. Biz həmçinin bir çox digər dillərdə də yazılı tərcümə, lokallaşdırma və şifahi tərcümə xidmətləri təmin edə bilərik.

Siz, həmçinin Azərbaycan dilində tərcümə layihələrinizin ən yüksək keyfiyyət standartlarına uyğun icra olunacağına əmin ola bilərsiniz, çünki Eurasian Linguistics ISO 17100 standartına (tərcümənin keyfiyyəti üzrə beynəlxalq standart) uyğun tam akkreditə olunub.

Azərbaycan dili üzrə yazılı və şifahi tərcümə və ya digər əlaqəli xidmətlərlə bağlı qiymət təklifi almaq üçün bu gün +44 (0) 118 3800 432 telefon nömrəsinə zəng edin və ya sadəcə ask@eurasianlinguistics.com vasitəsilə Eurasian Linguistics-lə əlaqə saxlayın.

Azərbaycan dili üzrə xidmətlərimizin sırasına aşağıdakılar daxildir:

Bu xidmətlər bir çox digər dillər üzrə də mövcuddur.

Azərbaycan dili üzrə sifariş əsasında fəaliyyət göstərən yazılı və şifahi tərcümə şirkəti olaraq, Eurasian Linguistics əsas diqqəti hüquq və biznes sahələrində yazılı və şifahi tərcümələrə yönəltsə də, Azərbaycan dilində ehtiyaclarınızı qarşılayacaq ixtisaslaşdırılmış yazılı və şifahi tərcümə xidmətləri təklif edə, həmçinin tibb və texnologiya kimi digər sahələrdə də xidmətlər təmin edə bilər.

Hüquq

Hüquq üzrə azərbaycanlı ekspert yazılı və şifahi tərcüməçilərimiz ixtisaslaşdırılmış hüquq terminologiyası sahəsində xüsusi təlim keçmişlər. Eurasian Linguistics Azərbaycan dilində hüquq sənədlərinin (müqavilələr, şahid ifadələri, şirkətin qeydiyyat sənədləri, etibarnamələr, ailə hüququna dair bir sıra sənədlər və bir çox digər sənəd növləri) geniş çeşiddə yazılı tərcümə xidmətləri ilə yanaşı, Azərbaycan dilində məhkəmədə şifahi tərcüməni, Azərbaycan dilində şahidlik ifadələrinin şifahi tərcüməsini, Azərbaycan dilinə transkripsiya və Azərbaycan dilində olan sənədlərinin yerində müəyyən edilməsi kimi xidmətlər də təklif edə bilər.

Biznes

Azərbaycanlı dilçilərimizin geniş dairəni əhatə edən biznes sahələri üzrə təcrübəsi və səriştəsi sayəsində Eurasian Linguistics biznes müştərilərimizin tələb etdikləri yüksək keyfiyyətli Azərbaycan dili üzrə yazılı tərcümə, lokallaşdırma və şifahi tərcümə   xidmətlərini təklif edə bilər: maliyyə hesabatları, bazar hesabatları, illik hesabatlar, iclas protokolları, press-relizlər, e-poçt yazışmaları və müqavilələr daxil olmaqla çoxsaylı müxtəlif növ sənədlərin Azərbaycan dilinə tərcüməsi; müştəri görüşləri, idarə heyətinin iclasları, konfranslar və təqdimatlar üçün Azərbaycan dili üzrə tərcümə; Azərbaycan dilində olan sənədlərinin yerində eyniləşdirilməsi.

 

Eurasian Linguistics hüquq və biznes sahələrinə aid yazılı tərcümə, lokallaşdırma və şifahi tərcümə üzrə ixtisaslaşmışdır, lakin biz həmçinin digər sahələrdə də Azərbaycan dili üzrə yazılı və şifahi tərcümə təklif edə bilərik. Eurasian Linguistics tibbi arayışlar, yeni texnologiyalara dair təlimat kitabçaları, texnologiya broşurları, doğum şəhadətnamələri, nikah şəhadətnamələri, boşanma şəhadətnamələri və ölüm şəhadətnamələrini tərcümə etmişdir. Eurasian Linguistics həmçinin reklam və marketinq materiallarını, rəssamlıq qalereyalarının broşürlarını, toy mərasimləri üçün nitqlər və nüfuzlu mükafatlandırma mərasimləri üçün ssenarilər tərcümə etmişdir.

Eurasian Linguistics öz adına sertifikatlaşdırlmış Azərbaycan dilində yazılı tərcümə xidmətləri təklif edə bilər və ya peşəkar Azərbaycanlı dilçilərindən öz adlarına sertifikat təqdim etmələrini xahiş edə bilər. Şəbəkəmizdəki bir sıra dilçilər yaşadıqları yerin qanuni və ya inzibati tələblərə uyğun olaraq, “andlı” və ya “rəsmi” yazılı tərcümə etmək səlahiyyəti verilmiş “andlı” və ya “rəsmi” tərcüməçilərdir.

Bir sıra notariat, o cümlədən, mərkəz ofisi Londonda yerləşən nüfuzlu notariuslar firması ilə tərəfdaşlığımız sayəsində, biz həmçinin sənədlərin notarial təsdiqini və onların Xarici İşlər Nazirliyinin apostili ilə rəsmiləşdirilməsini təklif edə bilərik.

Eurasian Linguistics tərəfindən yerinə yetirilən yazılı tərcümə, lokallaşdırma və şifahi tərcümə işlərinin əksəriyyəti ingilis dili ilə digər dillər arasında olsa da, dilçilərimizin bir çoxu müxtəlif dillərdən və ya dillərə tərcümə etmək qabiliyyətinə malikdir. Bu səbəbdən də Eurasian Linguistics ingilis dilinin daxil olmadığı, Azərbaycan-Rus və ya Fransız-Azərbaycan kimi dil cütlükləri və bir çox digər dillər üzrə sənədlərin yazılı tərcüməsi, lokallaşdırma və şifahi tərcümə xidmətləri ilə təmin etmək iqtidarındadır.

Eurasian Linguistics ilə Siz sənədlərinizin və məlumatlarınızın təhlükəsizliyinin təmin ediləcəyinə əmin ola bilərsiniz, çünki məlumat bazamızda və məlumat mübadilələrimizdə məlumatların qorunmasını təmin etmək məqsədilə biz GDPR-ə uyğun olan sistem və texnologiyalardan istifadə edirik, və bütün dilçilərimizdən məxfilik sazişlərini imzalamağı tələb edirik. Biz həmçinin tələb edə biləcəyiniz hər hansı bir xüsusi məxfilik şərtlərinə əməl edə bilərik.

 

Qiymət təklifi almaq və ya Eurasian Linguistics–in təklif etdiyi Azərbaycan dili üzrə şifahi tərcümə xidmətlərinin, Azərbaycan dili üzrə lokallaşdırma xidmətlərinin və Azərbaycan dili üzrə sənədlərin tərcüməsi xidmətlərinin sizin ehtiyaclarınızı necə qarşılaya biləcəyini müzakirə etmək üçün zəhmət olmasa bu gün bizə +44 (0) 118 3800 432 telefon nömrəsinə zəng edin və ya sadəcə ask@eurasianlinguistics.com vasitəsilə əlaqə saxlayın.

GET IN TOUCH

Please drop us a line to get a bespoke quote or request a callback to discuss your translation / interpreting needs.

CONTACT US